Lənkəranda fəaliyyət göstərən çay şirkətlərindən birinin rəhbəri dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, əslən Türkiyədən olan, 1980-ci il təvəllüdlü Murad Mutlu Abdulla oğlu axşam saatlarında qəfil halı pisləşərək dünyasını dəyişib.
Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.