EN

Fənərbaxça Yuventus un hücumçusunu istəyir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Fənərbaxça" və adı açıqlanmayan İngiltərə klubu hücumçu Conatan Devidlə bağlı "Yuventus"a müraciət edib. Sport24.az xəbər verir ki, bu barəd "La Gazetta dello Sport" məlumat yayıb.

26 yaşlı kanadalı hücumçu yay "transfer pəncərəsi"ndə Turin klubundan ayrıla biləcək oyunçular arasındadır.

Devid ötən yay "Yuventus"a azad agent kimi pulsuz qoşulub. Bundan əvvəl o, beş mövsüm ərzində "Lill"in ən çox qol vuran oyunçusu olub və ümumilikdə 109 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, kanadalı hücumçu "Yuventus"un heyətində bütün turnirlərdə 43 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
33
sport24.az

10Sources