Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Barselona" klubunda Robert Levandovskinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Demokrat.az xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərlərə görə, polşalı ulduz hücumçu yaxın günlərdə “Barselona”da qalıb-qalmayacağı ilə bağlı qərarını açıqlayacaq.“Marca”nın məlumatına əsasən, “Barselona”da yeni mövsümün planlaşdırılması davam etsə də, Robert Levandovskinin gələcəyi hələ də dəqiqləşməyib. Klub rəhbərliyi və baş məşqçi Hansi Flik bu məsələdə ehtiyatlı mövqe sərgiləyir, təcrübəli hücumçunun isə yaxın vaxtlarda qərarını verməsi gözlənilir.Xəbərdə qeyd olunur ki, “Barselona”nın 2026–2027 mövsümü üçün idman planlamasında bir sıra qeyri-müəyyən məqamlar qalır və bunlardan biri də Levandovskinin komandadakı gələcəyidir. Kataloniya klubunun hücum xətti ilə bağlı variantları nəzərdən keçirdiyi bildirilir.Hansi Flik bu mövzu ilə bağlı açıqlamasında futbolçu ilə danışıq aparıldığını, lakin detalları ictimaiyyətlə bölüşməyəcəyini bildirib. O, komandanın hazırkı mərhələdə əsas diqqətini qalan oyunlara yönəltdiyini vurğulayıb və mövsüm bitdikdən sonra vəziyyətin aydınlaşacağını qeyd edib. Flik həmçinin qərarın futbolçu tərəfindən açıqlanmasının daha doğru olacağını düşünür.Avqust ayında 38 yaşına çatacaq Robert Levandovskinin “Barselona” ilə şərtlərə bağlı əlavə bir illik müqaviləsi mövcuddur. Buna baxmayaraq, tərəflərin gələcəklə bağlı ayrıca müzakirə aparmaq istədiyi bildirilir.Futbolçunun menecerinin yaxın günlərdə “Barselona”ya gedərək idman direktoru Deko ilə görüş keçirəcəyi və Levandovskinin gələcəyinə dair məsələləri dəqiqləşdirəcəyi qeyd olunur. Hücumçunun İtaliyadan bəzi klublarla yanaşı MLS və Səudiyyə Ərəbistanından da təkliflər aldığı iddia edilir.“Barselona” forması ilə indiyədək 188 oyunda 118 qol vuran Levandovski hələlik yekun qərar verməyib. onun yaxın çevrəsi isə futbolçunun qərarını artıq verdiyini, lakin rəsmi açıqlamanın gecikdirildiyini iddia edir. Əgər ayrılıq qərarı verilsə, bu addım klubun planlamasına ciddi zərbə vurmayacaq, lakin “Barselona” yüksək maaş yükündən azad olacaq və eyni zamanda əsas hücum silahlarından birini itirəcək.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.