EN

Hizbullah Biyadada İsrail əsgərlərini hədəf aldı

Hizbullah, Livanın cənubundakı Biyada şəhərindəki bir evdə "İsrail düşmən əsgərlərinin toplaşmasını" hədəf aldığını bildirir.

Redaktor.az xəbər verir ki, silahlı qrup binaya hücum etdiyini bildirib. Evdə neçə əsgərin olduğu, basqının nəticəsinin necə olduğu və ya itkilərin olub-olmadığı məlum deyil.

Hizbullah teleqraç kanalında bildirib ki, hücumu "İsrail düşməninin atəşkəsi pozmasına və Livanın cənubundakı kəndləri hədəf alan hücumlara cavab olaraq" həyata keçirib.

İsrail 2 martdan bəri Livana qarşı müharibə aparır, 2600-dən çox insan həlak olub, 1,6 milyondan çox insan isə didərgin düşüb.

Aminə ŞAHSUVARQIZI

Chosen
17
1
redaktor.az

2Sources