EN

Avropanın pərdəarxası oyunu: Diaspor pulları siyasətçiləri təsir altına salır

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa siyasi institularında erməni lobbisinin fəallığı və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını ifşa edən video üzə çıxıb.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və oğlu Tomas Moreno Okampoya məxsus görüntülərdə Avropa siyasətinin erməni lobbisinin təsirində olduğu faktı etiraf olunub. Videoda ata və oğul məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə danışıblar.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Sherg.az-a Avropanın bəzi institutlarının və Qərbin bəzi siyasətçilərinin erməni təşəbbüskarlığı nümayiş etdirdiklərini söyləyib:

"Bu heç də təsadüfi deyil, bir mənalı olaraq maliyyə axınları ilə bağlıdır. Erməni diasporu buna ciddi maliyyə ayrır və həmin şəxslər konkret olaraq bu diasporun təsiri altına düşürlər.

Məsələn, Luis Moreno Okampo və onun oğlunun açıq şəkildə ermənilərin mövqeyindən çıxış etməsi, Avropa Komissiyasının xarici siyasət üzrə keçmiş komissarı Josep Borrellin ermənilərin lehinə verdiyi açıqlamalar bunun bariz nümunəsidir.

Siyahı təkcə onlardan ibarət deyil. Məsələn, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də vəzifədən getdikdən sonra eyni şəkildə erməni təşəbbüskarlığı göstərdi. Bu siyasətçilər vəzifədə olduqları dövrdə göstərdikləri fəallığı, vəzifədən getdikdən sonra da daha aktiv şəkildə davam etdirirlər. Bu isə ya status qazanmaq, ya da maliyyə əldə edərək fəaliyyət göstərmək məqsədi daşıyır. Beləliklə, onlar öz maddi təminatlarını yüksək səviyyədə qururlar".

Politoloq bildirib ki, bu cür hallar ABŞ Dövlət Departamentində də mövcuddur: 

"Məsələn, ABŞ Konqresinin xeyli sayda nümayəndəsi- başda Menendez olmaqla Nümayəndələr Palatasının keçmiş spikeri Nancy Pelosi, hətta vəzifədən getdikdən sonra belə, özlərini ermənilərin vəkili kimi aparırlar.

Halbuki, Nikol Paşinyanın hökuməti belə fəaliyyətlərlə o qədər də məşğul olmur. Amma biz ABŞ nümayəndələrinin və ümumilikdə Qərb dünyasının bəzi təmsilçilərinin bu cür davranışlarının şahidi oluruq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
sherg.az

1Sources