EN

Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?

Həftəsonu uşaqlara dərs etdirmək çox vaxt çətin olur, çünki onlar bu günləri istirahət üçün görürlər. Mütəxəssislər bildirir ki, təzyiq və məcburiyyət əvəzinə daha yumşaq və planlı yanaşma daha effektiv nəticə verir...

Ən vacib məqam dərs prosesini uşağa ağır yük kimi yox, idarə oluna bilən hissələr kimi təqdim etməkdir. Tapşırıqları qısa bloklara bölmək, aralarda fasilə vermək uşağın diqqətini qoruyur.

Eyni zamanda ona seçim haqqı vermək dərsi hansı gün və ya saatda edəcəyini özü müəyyən etməsi - məsuliyyət hissini gücləndirir. Digər tərəfdən, valideynlərin yalnız nəticəyə deyil, uşağın göstərdiyi səyə diqqət etməsi onun motivasiyasını artırır və qorxu hissini azaldır.

Psixoloqlar hesab edir ki, düzgün yanaşma ilə ev tapşırığı uşaqlar üçün stress yox, faydalı vərdişlərin formalaşdığı bir prosesə çevrilə bilər. (Milli.Az)

Poliqon.info

Chosen
6
1
poliqon.info

2Sources