EN

Gültəkin Hacıbəyli: Avropa Parlamenti regiondakı reallığı ya görmür, ya da görmək istəmir

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Gültəkin Hacıbəyli: Avropa Parlamenti regiondakı reallığı ya görmür, ya da görmək istəmir

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti 30 aprel 2026-cı iı tarixində Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Həmin qətnamədə Qarabağ ermənilərinin geri dönüş hüququ, Azərbaycanın saxladığı erməni məhbuslarla bağlı tələb, Mədəni irs məsələsi ilə bağlı qərəzli fikirlər yer alır.

Sözügedən qətnamə ilə bağlı Azərbaycan Milli Məclisi iclas keçirib, bir sıra qərarlar qəbul edilib.

Qəbul edilən qərarlara əsasən, Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq, Aİ–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirak və Avronest Parlament Assambleyasında üzvlüyə xitam proseduruna başlanıldı və nümayəndə heyətinin tədbirlərdə iştirakı dayandırıldı.

Məsələ Azərbaycan ictimai-siyasi gündəmində müzakirələrlə davam edir.

“Avropa Parlamentinə bizim Ermənistanla aramızda olan problemləri çözdüyümüz çatmayıb”.

Gununsesi.info xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli bildirib.

O, bu barədə həmçinin deyib:

“Zürafənin boyu uzun olduğu üçün xəbər ona geç çatır” lətifəsini bilərsiniz. İndi, deyəsən, Avropa Parlamentinə bizim Ermənistanla aramızda olan problemləri çözdüyümüz, bir çox məsələdə artıq anlaşdığımız, hətta ermənilərə ucuz benzin satdığımız, tranzit infrastrukturumuzu qonşumuzun istifadəsinə verdiyimiz çatmayıb. Paşinyanın “əhali mübadiləsi təhlükəlidir” xəbərdarlığını da, yəqin, duymayıblar.

Gültəkin Hacıbəyli Azərbaycanda həbsdə olan şəxslər barəsində də danışıb.

Sabiq deputat qeyd edib ki, Ruben Vardanyan, elə digər terrorçular da azadlığa çıxsa, ilk işləri İrəvana gedib Rusiyanın birbaşa təlimatları ilə Robert Koçəryana dəstək vermək, militarist ritorikanı gücləndirmək, Ermənistanı yenidən savaşa sürükləmək olacaq. Rusiyanın bunu arzulamasının səbəbləri bəllidir. Bəs Avropa Parlamenti bunu niyə istəsin ki?!.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
icma.az

1Sources