Mayın 3-də Bakıda və Abşeron yarımadasında, 3-4-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilb ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə şimal-şərq küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.