EN

"Real"ın kapitanı iki həftə oynamayacaq

"Real"ın kapitanı Dani Karvahal sıradan çıxıb.

Sportal.az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb. 34 yaşlı sağ cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Dani Karvahal bu mövsüm "Real"ın heyətində 20 matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

saytlarin hazirlanmasi

Chosen
39
28
sportal.az

10Sources