Əmirbəyovun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz boğazı böhranından sonra daha da aydın görünür. Bundan əlavə o, bildirib ki, belə bir zamanda Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Cənub Qaz Dəhlizi artıq Avropa üçün əsas diversifikasiya marşrutlarından birinə çevrilib.