EN

Arda Gülər​​ ayın oyunçusu seçildi


“Real Madrid” aprel ayının ən yaxşı oyunçusunu seçib.
Yeniavaz.com
“Madrid Zone”a istinadla xəbər verir ki, mükafat yarımmüdafiəçi Arda Gülərə verilib.
Türkiyəli futbolçu aprel ayında keçirilən 5 oyunda 2 qol vurub və bir məhsuldar ötürmə edib.
O, qolların hər ikisini Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya Münhen”ə qarşı səfər oyununda vurub.
Bu, Arda Gülərin bu mövsüm qazandığı ikinci belə mükafatdır. 21 yaşlı futbolçu bundan ​​əvvəlki mükafatı oktyabr ayında qazanıb. Bu mövsüm digər qaliblər arasında Kilian Mbappé (dörd dəfə), Tibo Kurtua, Federiko Valverde və Vinisius Junior da var.
Chosen
5
1
yeniavaz.com

2Sources