EN

Azərbaycanlı zabit Ukraynada həlak olub

Rusiya–Ukrayna müharibəsində əslən Azərbaycandan olan hərbçi həyatını itirib.

Musavat.com xəbər verir ki, 1996-cı ildə Bakıda anadan olmuş Sərxan Arzu oğlu Məmmədov Ukraynada gedən döyüş əməliyyatları zamanı həlak olub. O, Rusiya Silahlı Qüvvələrinin 1441-ci motoatıcı alayında baş leytenant rütbəsində xidmət edib.

Məlumata görə, Sərxan Məmmədov Ukraynanın Zaporojye vilayətinin Malaya Tokmaçka kəndi uğrunda gedən döyüşlər zamanı həyatını itirib.

Chosen
11
6
editor.az

7Sources