EN

Rafinya sıraya döndü

"Barselona"nın vingeri Rafinya sıraya dönüb.

Fanat.Az xəbər verir ki, martda Braziliya millisinin Fransa ilə keçirdiyi yoxlama oyununda (1:2) zədələnən cinah hücumçusu La Liqanın 34-cü turu çərçivəsində bu gün "Osasuna"ya qarşı mübarizə apara bilər.

Rafinyanın adı Bakı vaxtı ilə 23:00-da başlayacaq səfər matçının iştirak ərizəsinə salınıb.

Xatırladaq ki, 33 tura 85 xal toplayan "Barselona" turnir cədvəlinin zirvəsində mövqe tutub. Kataloniya komandası əzəli rəqibi "Real Madrid"i 11 xal qabaqlayır.

Nihat

Chosen
7
1
fanat.az

2Sources