EN

Bu məsələ Ərdoğanı narahat etdi: Cəmiyyət qan itirər...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir millətin gücü yalnız ordusu, iqtisadiyyatı və ya texnologiyası ilə ölçülə bilməz. Əsl güc ailə dəyərlərində və nəsildən-nəslə ötürülən mədəniyyətdə mövcuddur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan vurğulayıb ki, ailə cəmiyyətin təməlidir:

“Ailə zəiflədikdə fərd zəifləyir və cəmiyyət qan itirməyə başlayır. Rəqəmsal texnomədəniyyət dövründə ailə dəyərləri ciddi sınaqlara məruz qalıb”.

Dövlət başçısı bildirib ki, 2002-ci ildən bəri Türkiyəni gələcəyə hazırlamaq üçün böyük mübarizə aparıblar:

“Biz bir çox məntiqsiz və əxlaqsız ittihamlara məruz qaldıq. Hazırkı vəziyyətdə 3 uşaq çağırışımızın doğru olduğu sübut olunub. Ailəni prioritet hesab etdiyimiz üçün bizi qadınları zəiflətməkdə günahlandıranların absurdluğu üzə çıxacaq. Biz həmçinin 1960-cı illərdən bəri həyata keçirilən səhv siyasətin nəticələri ilə üzləşirik. Bizə əhali sayı ilə inkişaf arasında tərs bir əlaqənin olduğu deyildi. Bizi fanatizmdə ittiham etdilər. Hazırda evlilik yaşı, boşanma nisbətləri artır və nəticədə doğum nisbətimiz azalır. Bu rəqəmlər hamımızı narahat edir. Əslində isə bizim mədəniyyətimizdə uşaqlar evin sevincidir. Son 10 ildə süfrələrimizdən təxminən yarım milyon “kiçik qaşıq” (red – azyaşlıları nəzərdə tutur) yoxa çıxıb. Təxminən hər iki vətəndaşımızdan birinin yaşı 35 civarındadır. Bir millət olaraq, gələcəyimiz üçün narahat olmalı və həll yolları tapmaq üçün hərəkətə keçməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
axar.az

2Sources