EN

Süni intellekt “Oskar“sız qalacaq

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatına iddialı olan namizədlər üçün yenilənmiş qaydaları təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, yeni tələblərə əsasən, ssenarilər süni intellektin köməyi olmadan yalnız müəlliflər tərəfindən yazılmalı, aktyor oyunu isə real insanlar tərəfindən onların könüllü razılığı ilə həyata keçirilməlidir. Şübhəli hallar yarandıqda, təşkilatçılar iddiaçılardan əlavə sübutlar tələb etmək hüququnu özlərində saxlayırlar.

Təşkilatın yeni nizamnaməsində bir sıra kateqoriyalar üzrə namizədlərin sayı da artırılıb. Ən yaxşı aktyor oyunu üzrə mükafata iddialıların sayı ikidən üçə, operator işi kateqoriyasında isə 20 nəfərə qədər yüksəldilib. Bundan əlavə, bir aktyor fərqli layihələrdəki bir neçə roluna görə eyni anda namizəd göstərilə bilər.

Eyni zamanda, tez-tez tənqid hədəfinə çevrilən beynəlxalq film kateqoriyasında da əhəmiyyətli dəyişikliklər aparılıb. Yeni qaydalara əsasən, Kann, Venesiya və Toronto kimi nüfuzlu kinofestivallarda ən yüksək mükafatları qazanan filmlərin də namizədlik hüququ genişləndirilib və asanlaşdırılıb. "Ən yaxşı beynəlxalq film" kateqoriyasında bundan sonra mükafat ölkəyə deyil, birbaşa rejissorun özünə təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
moderator.az

2Sources