EN

Zelenski Fitsoya təşəkkür etdi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

“Ölkələrimizin güclü əlaqələri olmalıdır və ikimiz də bunda maraqlıyıq. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və Aİ-yə qoşulma təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi”, - Zelenski yazıb.

O, Bratislavaya dəvətə görə Fitsoya təşəkkür edib və onu Kiyevə səfərə dəvət edib.

“Yaxın vaxtlarda şəxsi görüşün mümkünlüyünü də müzakirə etdik. Komandalarımız qrafik üzrə işləyəcək”, - deyə Ukrayna lideri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
37
qafqazinfo.az

10Sources