EN

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, bu gündən etibarən gömrükçülərə öz obyektləri üzərində hava, sualtı, suüstü və yerüstü pilotsuz aparatları məhv etməyə icazə verən qanunu imzalayıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi portalında dərc edilib.

Gömrük işçiləri bu aparatları obyektlərə (ərazilərə), habelə orada olan şəxslərə qarşı hücumun və ya hücum təhlükəsinin qarşısını almaq məqsədilə vura bilərlər.

Prezident gömrük xidməti əməkdaşlarına bunun üçün siyahısı Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən ediləcək silah və xüsusi vasitələrdən, habelə radioelektron mübarizə vasitələrindən istifadə etməyə icazə verib.

Onlar bunu dronların məsafədən idarəetmə siqnallarını boğmaq və ya dəyişdirmək, idarəetmə pultlarına təsir göstərmək, həmçinin PUA-ları zədələmək və ya sıradan çıxarmaq yolu ilə edə biləcəklər.

Bizim.Media

Chosen
43
1
bizim.media

2Sources