Bu gündən Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır.
Â
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov "X" hesabında paylaşım edib.
Â
Səfir qeyd edib ki, "Airblue" şirkətinin Bakı–Lahor arasında ilk birbaşa uçuşlarının həyata keçirilməsi ilə Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub:
Â
"Bu yeniliklə Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır", - deyə o bildirib.
Â
Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "Report"a bu gün Lahordan Bakıya birbaşa uçuşlara başladığını bildirmişdi.