ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Fransanı və digər Avropa ölkələrini dərmanların qiymətlərini artırmağa məcbur edib.
Tramp xatırladıb ki, o, Fransanın Prezidenti Makrona zəng edib və ona deyib ki, Avropadakı dərman qiymətləri ABŞ-la müqayisədə çox aşağıdır. Bu isə, onun sözlərinə görə, qəbuledilməzdir.
“Məsələn, Fransaya zəng etdim, Makronla danışdım. O, əla insandır, ölkənin prezidenti, yaxşı adamdır. Ona dedim:
“Emmanuel, sənin dərmanlarının qiymətləri bizim qiymətlərimizin çox kiçik hissəsidir, belə olmaz, artırmalısan”
– “Xeyr, xeyr, xeyr, Donald, bunu etməyəcəyəm”
– “Edəcəksən, Emmanuel”
– “Xeyr, etməyəcəyəm”
– “Edəcəksən, 100 faiz edəcəksən”
– “Xeyr, xeyr, xeyr”.
Bu bir neçə dəqiqə davam etdi. Mən deyirdim edəcəksən, o isə etməyəcəyəm deyirdi. Sonra dedim: ‘Emmanuel, əgər etməsən, Fransadan gətirilən bütün şərab və şampanlara 250 faiz tarif qoyacağam”. O is dedi: “Donald, bu olmaz, bunu edə bilməzsən”, mən dedim “edəcəyəm”, o, isə “Yaxşı, razılaşdıq” dedi. Budur, hamısı bu qədər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, oxşar yanaşmanı Almaniya və digər ölkələrə də tətbiq edib.
“İndi dünyada dərmanların ən aşağı qiymətlərinə malikik — ən yüksəkdən ən aşağıya qədər”, – deyə Tramp izah edib.
Tahir TAĞIYEV