EN

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində naməlum silahlı şəxslər Toqo bayrağı altında üzən "M/T EUREKA" neft tankerini ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" Yəmən Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, silahlılar ölkənin cənub-şərqindəki Şabva şəhəri yaxınlığında gəmiyə daxil olublar və tankeri Ədən körfəzi vasitəsilə Somali sahillərinə doğru yönəldiblər.

Daha əvvəl isə piratlar Fars körfəzindən Somaliyə gedən "Honour 25" tankerini ələ keçirmişdilər.

Hadisə Somali sahillərindən təxminən 50 km aralıda, Berbera və Moqadişu şəhərləri arasında baş verib.

Bizim.Media

Chosen
41
2
bizim.media

3Sources