EN

İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var

Rusiyanın zərbə pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Xarkov şəhərinin rayonlarından birində yanacaqdoldurma məntəqəsinə (YDM) düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, PUA-nın düşdüyü yerdə yanğın baş verib, xəsarət alanlar var.

İ.Terexov həmçinin vurğulayıb ki, Xarkovun digər rayonunda yaşayış binasına PUA hücumu qeydə alınıb.

Chosen
7
4
ikisahil.az

5Sources