EN

Həmzət Çimayev: “Pullarımın hamısını əlimdən alan qardaşımdır"

UFC-nin orta çəki çempionu Həmzət Çimayev qazancını kimə verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Çimayev mətbuat konfransında deyib: “Qardaşım bütün pulumu alır. Mən isə bu barədə narahat olmuram, sadəcə ona verirəm. O, artıq bizneslə və bütün bu kimi zibillərlə məşğuldur”.

Həmzət Çimayev mayın 10-da ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək UFC 328 turnirində amerikalı Şon Striklendə qarşı UFC orta çəki titulunu qorumaq üçün döyüşəcək.

Chosen
9
7
publika.az

8Sources