EN

“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub

Azərbaycanın pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan “Prime Cotton” MMC-nin rəhbərliyində yeni təyinat baş tutub.

Marja xəbər verir ki, Şirkətin strateji hədəflərinin reallaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Tural Əlizadə “Prime Cotton” MMC-nin Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Tural Əlizadə 2 ilə yaxın müddətdir ki, “Prime Cotton” MMC-də İdarə Heyətinin üzvü və Baş Kommersiya Direktoru vəzifələrində çalışaraq şirkətin kommersiya siyasətinin formalaşmasında və bazar mövqelərinin möhkəmləndirilməsində yaxından iştirak edib.

Tural Əlizadə geniş idarəçilik təcrübəsinə malik peşəkar rəhbərdir. O, bu təyinata qədər “Procter & Gamble” şirkətində Qafqaz üzrə Bazar Strategiyası və Planlama, Satış və Ticari Marketinq əməliyyatlarının Rəhbəri, “FAB Paints & Chemicals Industry LLC” şirkətində Baş Kommersiya və Strategiya Direktoru, həmçinin “Gilan FMCG Trade & Distribution LLC”, eləcə də “Unimac LLC” və “Universal Pro LLC” və s. şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışaraq böyük miqyaslı biznes proseslərini idarə edib.

Prime Cotton MMCTural ƏlizadəPrime Cotton baş icraçı direktorTural Əlizadə Prime CottonAzərbaycan pambıqçılıq sektorupambıqçılıq şirkətləri AzərbaycanPrime Cotton rəhbər dəyişikliyiPrime Cotton yeni təyinatTural Əlizadə CEOPrime Cotton idarə heyətiTural Əlizadə karyeraProcter & Gamble QafqazFAB Paints & Chemicals IndustryGilan FMCG Trade & DistributionUnimac LLCUniversal Pro LLCAzərbaycan aqrar sektorupambıq istehsalı Azərbaycanpambıqçılıq sənayesi Azərbaycanbiznes təyinatları Azərbaycanşirkətlərdə rəhbər təyinatı
Chosen
39
4
marja.az

6Sources