Ajans.az xəbər verir ki, Zukerberq etiraf edib ki, şirkəti kapitalın yönləndirilməsində hesablayıcı güclərə fokuslanır. O, yeni ixtisarların aparılacağını istisna etməyib. “Meta” rəhbəri əməkdaşlara bildirib ki, şirkətin iki əsas xərc istiqaməti var: süni intellekt infrastrukturu və insan resursları. Hesablamalara nə qədər çox vəsait ayrılırsa, insanlar üçün bir o qədər az vəsait qalır. İxtisarlara artıq bu aydan başlanacaq və bütün personalın təxminən 10 faizini əhatə edəcək. Zukerberq bunun son ixtisar dalğası olacağına zəmanət verməyib: onun sözlərinə görə, süni intellektin inkişafı və hesablama gücünə tələbat çox sürətlə dəyişir. Qeyd edək ki, bu yaxınlarda süni intellekt xərclərinin kəskin artımı fonunda “Meta”dan 8 minə yaxın əməkdaşın ixtisar olunacağı ilə bağlı məlumat yayılmışdı.