EN

Zaqatalada yeniyetmə oğlan əmisini canavardan belə xilas etdi TƏFƏRRÜAT

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zaqatalada canavarın kənd sakininə xəsarət yetirməsi barədə təfərrüatlar məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə zamanı zərərçəkən Aydın Qurbanovun qardaşı oğlu, 15 yaşlı Emin Qurbanov müdaxilə edərək əmisini xilas edib.

Məlumata görə, Emin canavarın hücumu zamanı əmisinin səsini eşidib və həyətə qaçıb. Yeniyetmə əmisini xilas edəndən sonra yırtıcı heyvana bıçaqla bir neçə zərbə vuraraq, onu öldürüb.

***

15:07

Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Axaxdərə kəndində baş verib.

Canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edərək ona çoxsaylı xəsarət yetirib.

A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
lent.az

2Sources