EN

Hörmüzdə gərginlik buna görə yaranıb İlahi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hörmüz boğazında yaranmış vəziyyət ABŞ və İsrailin İrana qarşı apardığı aqressiya səbəbilə baş verib və münaqişə dayandırıldıqdan sonra normallaşacaq.

Axar.az xəbər verir ki, bunu İranın ali dini liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı 2026-cı il fevralın 28-dək tam açıq olub və bütün ölkələr bundan faydalanıb:

“Min illərdir açıq olan boğaz İran tərəfindən böyük xərclər hesabına qorunub, heç vaxt problem olmayıb. Hətta düşmən hərbi gəmiləri də oradan keçib. Bölgədə böhran ABŞ və İsrailin başlatdığı münaqişədən sonra yaranıb. Müharibəni başladan tərəf onu da dayandırmalıdır. O zaman hər şey normala dönəcək. Hazırkı vəziyyət bütün tərəflərə zərər vurur və ədalətsiz sanksiya siyasəti qəbulolunmazdır. Bəzi ölkələrdə iqtisadi fəaliyyətin zəifləməsi, zavodların bağlanması və iş saatlarının azaldılması da bu gərginliyin nəticəsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
axar.az

1Sources