Dünyada qaynar münaqişələrin kölgəsində geosiyasi risklər getdikcə dərinləşir. Xüsusilə Yaxın Şərqdə bir tərəfdən ABŞ-İsrail-İran arasında artan gərginlik bölgədəki hərbi balansı yenidən gündəmin ön planına çıxarıb. Bu fonda Yaxın Şərqdə 2026-cı il üçün hərbi güc reytinqləri də daha aydın olub.
Ölkə.az xəbər verir ki, beynəlxalq müdafiə təhlillərinə görə, Yaxın Şərq Hərbi Gücü (2026) siyahısında region ölkələri hərbi potensial baxımından ən güclüdən ən zəifə doğru sıralanır. Məlumatlara görə, ən yüksək reytinqli ölkə texnologiyası, müdafiə büdcəsi və əməliyyat imkanları ilə seçilir.
Reytinq qlobal etalon hesab edilən Global Firepower (GFP) məlumatlarına əsaslanır. GFP ölkələrin hərbi gücünü ölçmək üçün Power Index (PwrIndx) adlı xüsusi sistemdən istifadə edir.
Siyahı xüsusilə hava qüvvələri, quru qüvvələri, dəniz gücü, logistika infrastrukturu və müdafiə sənayesi istehsal gücü kimi amillər baxımından həlledici hesab olunur. Mütəxəssislərin fikrincə, müasir müharibə doktrinasında təkcə əsgərlərin sayı deyil, həm də texnoloji üstünlük və sürətli qərar qəbul etmə qabiliyyəti mühüm rol oynayır.
Bu sistemdə 60-dan çox fərqli amil nəzərə alınır.
2026-cı il üçün Yaxın Şərq hərbi güc qiymətləndirməsinə ümumilikdə 15 ölkə daxildir.
Yaxın Şərqdə ən güclü orduya malik 15 ölkə:
Livan
Yəmən
Suriya
Oman
Küveyt
Bəhreyn
İordaniya
Qətər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
İraq
Səudiyyə Ərəbistanı
Misir
İran
İsrail
Türkiyə
Mürtəza