EN

BƏƏ-nin çıxmasından sonra OPEC+ QƏRAR VERDİ

OPEC+ alyansına daxil olan yeddi ölkə iyun ayında neft hasilatı hədəflərini sutkada təxminən 188 min barrel artırmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) birlikdən ayrılmasına baxmayaraq, alyans əvvəllər müəyyən edilmiş planları icra etməyə davam edəcək.

Hasilat həcmindəki bu artım ötənilki sutkalıq 206 min barrellik artımla eynilik təşkil edir, sadəcə bu rəqəmdən BƏƏ-nin payı çıxılıb. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, hasilatın artırılması hələlik rəmzi xarakter daşıyır. Bu, ABŞ və İsrailin İrana qarşı əməliyyatları səbəbindən Hörmüz boğazı vasitəsilə daşımaların böyük hissəsinin dayandırılması ilə əlaqədardır.

Xatırladaq ki, BƏƏ mayın 1-dən etibarən OPEC və OPEC+ tərkibindən çıxıb. Ölkə 1967-ci ildən kartelin üzvü idi. OPEC-in illik statistik bülleteninə görə, 2024-cü ildə təşkilatın ümumi hasilat kvotalarının 13,5%-i məhz BƏƏ-nin payına düşüb. Ölkə alyansda neft hasilatına görə üçüncü yerdə qərarlaşmışdı.

Musavat.com

Chosen
18
50
musavat.com

10Sources