Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.az" xəbər verir ki, qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.