EN

İlkin Fikrətoğlu - Hakimlər bukmeker mafiyasıyla əlbirdir, yoxsa..?

"Valdas Dambrauskasın və onun komandasının hakim köməyinə ehtiyacı yoxdur. Bu, «Zirə»yə də aiddir".

Bu sözlər Sportinfo.az saytının və "Sportinfo TV"nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist mayın 13-də keçiriləcək ölkə kubokunun final matçı ilə bağlı fikirlərini bölüşüb.

Bildirib ki, o, «Sabah» - «Zirə» duelində təmiz hakimlik gözləyir:

«Zirə» son 5 ildə üçüncü dəfədir finala çıxır. Çempionatda ilk «dördlük»də qəraraşıb, avrouboklara getməyə yaxındırlar.

«Turan Tovuz»la oyunda vurduqları hər iki qolda rəqib müdafiəsinin səhvlərindən istifadə etdilər. Belə komandanın qələbəsinə hansısa hakim qərəzli qərarları ilə niyə kölgə salmalıdır?

Əgər hakimlər hansısa çirkin oyunlara qoşulublarsa, tutaq ki, Rəhim Həsənovu komitə sədri kimi görmək istəmirlərsə, onu gözdən salmağa çalışırlarsa, “elxan məmmədovçular”ın sifarişi ilə narazılıq yaradıb, klubları AFFA-nın hazırki rəhbərliyinə qarşı qaldırmaq istəyirlərsə, yaxud bukmeker mafiyasıyla ”əməkdaşlıq” edib, nəticələrə təsir göstərirlərsə - bütün bunları araşdırmaq federasiyanın boynunun borcudur.

Amma bütün bunlara klubları alət etmək, “Sabah”ın, “Zirə”nin qələbəsinə “kölgə” salmaq lazım deyil. Təəssüf ki, etdilər.

İllər sonra da bu Azərbaycan kuboku mənim yaddaşımda hakim “damğalı kubok” kimi qalacaq”.

Chosen
23
sportinfo.az

1Sources