EN

Göygöldə “Niva” “Hyundai”la toqquşdu: Xəsarət alanlar var

Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Yeni Sabah" "Report"a istinadla xəbər verir ki, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Niva" və "Hyundai Sonata" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.


Telegram kanalımız
Chosen
10
3
yenisabah.az

10Sources