EN

"Çelsi" uğrunda mübarizə başladı

İspaniyanın "Real" və Almaniyanın "Bayer" klublarının keçmiş baş məşqçisi Xabi Alonso Londonun "Çelsi" komandasının "sükan"ı arxasına keçmək üçün bukmeker yarışında favorit olub.

Publika.az xəbər verir ki, bu barədə "Betonmobile" məlumat yayıb.

Bukmekerlər Alonsonun şanslarını 2,625 əmsalı ilə qiymətləndirirlər. "Bornmut"un məşqçisi Andoni İraola 4,00 əmsalı ilə ikinci, Marku Silva 6,50 ilə üçüncü pillədə qərarlaşıb. Onları Sesk Fabreqas (7,50) və Filipe Luis (9,00) izləyir. Siyahıda həmçinin Frenk Lempard, Oliver Qlasner, Eddi Hau, Joze Mourinyo və Antonio Kontenin də adları yer alıb.

"Çelsi" baş məşqçi Liam Rosinyoru qeyri-qənaətbəxş nəticələrə görə 22 aprel 2026-cı ildə, cəmi 3,5 aylıq fəaliyyətdən sonra istefaya göndərib. Komanda ardıcıl beş məğlubiyyət alıb.

Chosen
29
3
publika.az

4Sources