EN

İnsanlar daha uzun yaşaya bilərdi: Günahkar dinozavrlardır

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Birmingem Universitetinin mikrobioloqu Joao Pedro de Maqalhaes qeyri-adi bir fərziyyə irəli sürüb: dinozavrlar dövrü olmasaydı, insanlar və digər məməlilər daha uzun yaşaya bilərdilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazır.

Alim bildirir ki, 100 milyondan çox il davam edən dinozavrların hakimiyyəti erkən məməliləri daim sağ qalma təhlükəsi altında yaşamağa məcbur edib. Belə şəraitdə təkamül uzunömürlülükdən çox, sürətli çoxalma strategiyasını "seçib”.

Alim bu ideyanı "uzunömürlülük problemi hipotezi” adlandırır. Onun fikrincə, bu dövrdə məməlilər uzunömürlülük və toxuma bərpasına cavabdeh bəzi genləri itirmiş və ya deaktiv etmiş ola bilər. Tədqiqat "BioEssays” jurnalında dərc olunub.

Magalhaes qeyd edir ki, bu genetik məhdudiyyətlərin təsiri bu gün də məməlilərdə, o cümlədən insanlarda qalmaqdadır. Müqayisə üçün, bir çox sürünənlər daha yavaş qocalır və toxumaların bərpası qabiliyyəti daha güclüdür.

Məsələn, məməlilərdə dərinin zədələnməsini bərpa edən bəzi fermentlər yoxdur, orqan regenerasiyası isə məhduddur. İnsanlarda dişlər də ömür boyu yenilənmir.

Bununla belə, tədqiqatçı vurğulayır ki, bu yalnız hipotezdir və əlavə elmi araşdırmalar tələb edir. Lakin bu nəzəriyyə həm qocalma prosesini, həm də məməlilərdə xərçəng xəstəliklərinin daha geniş yayılmasını izah etməyə kömək edə bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
qaynarinfo.az

1Sources