Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türk Sənət Musiqisinin önəmli simalarından olan Bülent Ersoy onlayn alış-veriş platformu ilə etdiyi əməkdaşlıq sayəsində cəmi bir reklam filmindən 135 milyon lirə qazanıb.
Bakupost.az "Sözcü"yə istinadla xəbər verir ki, bu razılaşma Türkiyədə bir reklam layihəsi üçün ödənilən ən yüksək məbləğ kimi tarixə düşüb.
Məlumata görə, Bülent Ersoyun tək bir reklam filmi üçün 135 milyon türk lirəsi aldığı məlum olub. Razılaşmanın detalları ortaya çıxdıqdan sonra bu məbləğin Türkiyə reklamçılıq sektoru baxımından tarixi rekord olduğu bildirilir.
Digər tərəfdən, “Diva” ləqəbi ilə tanınan sənətçinin reklam filmində hansı konseptlə tamaşaçı qarşısına çıxacağı isə maraq mövzusu olaraq qalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.