EN

Çin ABŞ ın sanksiyalarını tanımayacaq

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ın sanksiyalarını tanımayacaq.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ Maliyyə Nazirliyinin Çinin “Hengli Petrochemical”, “Shandong Shouguang Luqing Petrochemical”, “Shandong Jincheng Petrochemical”, “Hebei Xinhai Chemical” və “Shandong Shengxing Chemical” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ehtiyat tədbiri qərarı qəbul etdiyini açıqlayıb.

Xarici qanunların və tədbir qaydalarının sərhədlərarası əsassız tətbiqinin qarşısının alınmasına dair qaydalara uyğun olaraq qəbul edilən bu qərara əsasən, ABŞ-ın adı çəkilən şirkətlərə qarşı sanksiyalarının hər hansı formada tanınması, tətbiq edilməsi və ya bu sanksiyalara riayət olunması qadağan edilib.

Nazirlik məsələ ilə bağlı bəyanatında bildirib ki, ABŞ-ın sanksiya tədbirləri Çin şirkətlərinin üçüncü ölkələrin vətəndaşları, hüquqi şəxsləri və digər qurumları ilə normal iqtisadi və ticarət fəaliyyətlərini əsassız şəkildə qadağan etməklə və ya məhdudlaşdırmaqla beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını pozur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
banco.az

2Sources