EN

Zelenski keçmiş ofis rəhbəri Andrey Boqdana qarşı sanksiyalar tətbiq etdi

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş ofis rəhbəri Andrey Boqdana qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, Zelenskinin veb saytında dərc olunmuş fərmana görə, Ukrayna vətəndaşı olan Boqdana qarşı aktivlərin dondurulması, maliyyə öhdəliklərinin dayandırılması, torpaqların alınmasına qadağa və dövlət mükafatlarından daimi məhrum edilmə də daxil olmaqla 17 növ məhdudiyyət tətbiq olunur.

"Strana" nəşrinin məlumatına görə, Boqdan hazırda Avstriyada yaşayır və Zelenskinin tənqidçilərindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
6
sherg.az

7Sources