EN

Tehran nöqtəni qoydu – Plan ABŞ-ın masasında

İran müharibənin tam şəkildə dayandırılması məqsədilə hazırladığı rəsmi sülh planını vasitəçi tərəf olan Pakistana təqdim edib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehrandakı xarici səfirlərlə görüşündə artıq növbəti addımın Vaşinqtondan asılı olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, diplomat bu sənədi “təzyiqlə başladılmış müharibənin” yekunlaşması üçün mühüm addım adlandıraraq, Amerikanın ya diplomatiya yolunu seçməli, ya da qarşıdurmanı davam etdirməli olduğunu vurğulayıb.

Tehranın bu gedişi strateji baxımdan diqqətlə planlaşdırılıb. Qəribabadi səfirlərlə geniş görüşdən əvvəl Rusiya və Çin səfirləri ilə üçtərəfli məsləhətləşmələr apararaq planın detallarını koordinasiya edib. İran tərəfi sülh təklifi irəli sürsə də, Vaşinqtonun niyyətlərinə ciddi şübhə və etibarsızlıqla yanaşdığını gizlətmir.

Nazir müavini açıq şəkildə bildirib ki, İslam Respublikası həm diplomatik həllə, həm də mümkün hücumların dəf edilməsi daxil olmaqla bütün hərbi ssenarilərə tam hazırdır. Bu bəyanat İranın milli maraqlar çərçivəsində danışıqlara sadiq olduğunu, lakin istənilən “macəra”ya qətiyyətlə cavab verəcəyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Chosen
34
1
konkret.az

2Sources