BAKI, 2 may. TELEQRAF
Livanın Hizbullah hərəkatı atəşkəs üçün beş şərt irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Hərəkatın atəşkəs üçün beş şərti var:
• heç bir şərt qoyulmadan təcavüzün dayandırılması,
• İsrailin tam və qeyd-şərtsiz geri çəkilməsi,
• Məcburi köçkünlərin öz evlərinə qayıtması,
• Hərbi əsirlərin qaytarılması,
• Viran qalmış bölgələrin bərpası.