EN

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakova və Rusiya Güləş

Federasiyasının rəhbəri Mixail Mamiaşviliyə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

Məhdudiyyətlərə aktivlərin dondurulması da daxil olmaqla, 17 növ standart qadağa daxildir.

Bundan əlavə, məhdudiyyətlərə ticarət əməliyyatlarının dayandırılması, rəsmi səfərlərin ləğvi və dövlət mükafatlarının birdəfəlik ləğvi daxildir.

Bundan əvvəl Zelenski öz ofisinin keçmiş rəhbəri Andrey Boqdana qarşı da sanksiyalar tətbiq etmişdi. Həmin məhdudlaşdırıcı tədbirlər 10 il müddətinə müəyyən edilib.

Bizim.Media

Chosen
24
3
bizim.media

4Sources