Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İngiltərə Premyer Liqasının 35-ci turunda "Arsenal" "Fulhem" üzərində 3:0 hesablı qələbə qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma Londondakı "Emirates" stadionunda keçirilib.
Hesabı 9-cu dəqiqədə Viktor Qyökereş açıb. 40-cı dəqiqədə Bukayo Saka fərqi artırıb. İlk hissənin əlavə vaxtında isə Qyökereş ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib - 3:0.
Bu qələbədən sonra "Arsenal" 76 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və "Mançester Siti" ilə fərqi 6 xala çatdırıb (mançesterlilərin ehtiyatda iki oyunu var). "Fulhem" isə 48 xalla 10-cu pillədədir.
https://t.me/oxuaze/181367?single
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.