EN

“Kəpəz”  “Sumqayıt”ı, “İmişli” “Araz-Naxçıvan”ı məğlub edib

Misli Premyer Liqasında növbəti turun oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turun açılış matçında “Sumqayıt” səfərdə “Kəpəz” ilə qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Kəpəz”in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb. “Sarı-göylər”in qapıçısı Yusif İmanov isə 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Kəpəz” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Sumqayıt” isə 38 xalla 7-ci yerdədir.

Turun digər oyununda “Araz-Naxçıvan” komandası “İmişli” ilə üz-üzə gəlib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.

Görüşdə yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozu vurub.

Qələbə sayəsində xallarını 32-yə çatdıran “İmişli” 9-cu pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 40 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları mayın 4-də keçiriləcək.

Chosen
47
90deqiqe.az

1Sources