EN

“İpsviç Taun” yenidən İngiltərə Premyer Liqasına yüksəldi

“İpsviç Taun” cari mövsüm Çempionşipin yekunlarına əsasən ikinci yeri tutaraq İngiltərənin ən yüksək liqasına vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, komanda bir mövsümlük fasilədən sonra yenidən elitaya qayıdıb.

46 turun nəticələrinə görə “mavilər” 84 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Onları bir xal fərqi ilə “Milluol” izləyib. Çempionatın qalibi isə 95 xalla “Koventri Siti” olub.

2024/2025 mövsümündə İngiltərə çempionatında çıxış edən “İpsviç Taun” 22 xal toplayaraq 19-cu – sondan ikinci pillədə yer almışdı.

Elitaya üçüncü vəsiqə uğrunda pley-off mərhələsində “Milluol”, “Sauthempton”, “Midlsbro” və “Hall Siti” mübarizə aparacaq.

Chosen
53
90deqiqe.az

1Sources