EN

Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfrans keçirilib

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Davamlı sülh və qaçqınların qayıdış hüququ: Beynəlxalq hüququn rolu" mövzusunda beynəlxalq hibrid konfrans keçirilib.

İcmadan Moderator.az-a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.

Konfransın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov və deputat Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıblar.

Konfrans çərçivəsində keçirilən "Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu", "Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq" və "Gender ədaləti və davamlı sülh: qadınların geri qayıdış hüququ" mövzusunda üç panel təşkil olunub.

Tədbir zamanı davamlı sülhün təmin olunması, qaçqınların geri qayıdış hüququnun beynəlxalq hüquq normaları çərçivəsində qorunması, bu sahədə mövcud çağırışlar və normativ boşluqlar, eləcə də gender aspektləri geniş müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
moderator.az

3Sources