Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu barədə İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov bildirib.
Onun sözlərinə görə, Məmmədli bələdiyyəsinə daxil olan Əlyetməzli kəndində 82 nəfərə məxsus 40 hektar, Telişli kəndində 60 nəfərə məxsus 20 hektar, Məmmədli kəndində isə 40 nəfərə məxsus 10 hektar pay torpağı su altında qalıb.
Qeyd edək ki, daha əvvəl də Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalmışdı. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225, Məmmədli kəndində isə 16.62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.