EN

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb - FOTOLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda, Dənizkənarı Bulvar ərazisində keçirilən yelkən idmanı üzrə "Prezident Kuboku 2026" turnirinin ilk günü başa çatıb.

"Cebheinfo.az" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada idmançılar iki kateqoriya - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar.

"Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında yarışacaqlar.

Qaliblər iki günün nəticəsinə əsasən müəyyənləşəcək.

"Cebheinfo.az"

Chosen
19
17
cebheinfo.az

10Sources