EN

Sulanmayan qatığın sirri bu qədər sadə imiş

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qatığın qısa müddətdə sulanmasının arxasında çox vaxt fərq edilməyən saxlama səhvləri dayanır. Gündəlik istifadədə edilən kiçik laqeydliklər qatığın strukturunu pozaraq qatılığın itməsinə yol aça bilər. Halbuki düzgün saxlama vərdişləri ilə bu vəziyyətin qarşısını almaq mümkündür.

Milli.Az xəbər verir ki, qatığın sulanmasının ən təməl səbəbi, daxili strukturundakı zərdabın (peynir altı suyu) ayrılmasıdır. Qaşıqla qatıq götürüldükdə səthdə yaranan çuxur bu ayrılmanı sürətləndirən bir amildir. Çünki qatığın içindəki maye təbii olaraq ən aşağı nöqtəyə doğru hərəkət edir. Çuxur nə qədər dərindirsə, toplanan suyun miqdarı da o qədər çox olur.

Bir çox insan qatıqdan qaşıqla pay götürdükdən sonra qabı birbaşa soyuducuya qoyur. Bu, qatığın strukturuna mənfi təsir edən ən geniş yayılmış səhvlərdən biridir. Qaşıqla alınan hissədə yaranan boşluq düzəldilmədikdə qatığın balansı pozulur. Qatığın üst təbəqəsi qoruyucu bir qat funksiyasını yerinə yetirir; bu qat pozulduqda qatıq daha sürətli su salır.

Düzgün saxlama texnikası necə olmalıdır?

Qatıqdan qaşıqla götürdükdən sonra səthi mütləq düzəldin.

Bunun üçün qaşığın arxa hissəsindən istifadə edərək çuxur olan hissəni bağlayın.

Qatığın üst səthini mümkün qədər düz və hamar hala gətirin. Bu, suyun müəyyən bir nöqtədə toplanmasının qarşısını alır.

Qabın qapağını möhkəm bağlayın və soyuducuya bu şəkildə yerləşdirin.

Hər istifadədən sonra səthi düzəltməyi vərdiş halına gətirin.

Həmişə təmiz qaşıq istifadə edin və eyni qaşığı təkrar qatığa salmayın.

Qatığı soyuducunun qapısında deyil, temperaturun daha sabit olduğu rəflərdə saxlayın.

Qabın qapağını lazımsız yerə açıq qoymayın və sürətlə bağlayın.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
news.milli.az

1Sources