EN

Böyük plan: qumarxanalar üçün xüsusi zona yaradılır

Rusiyada qumar biznesi ilə bağlı yeni qərar qəbul edilib. Musavat.com xəbər verir ki, Vladimir Putin tərəfindən imzalanan qanuna əsasən, Altay Respublikası ərazisində xüsusi qumar zonası yaradılacaq və burada kazinolar fəaliyyət göstərəcək.

Sənədə əsasən, bununla ölkədə rəsmi qumar zonalarının sayı beşə çatdırılır. Hazırda belə zonalar Kalininqrad vilayəti, Altay diyarı, Krasnodar diyarı və Primorsk diyarı ərazilərində fəaliyyət göstərir.

Məlumata görə, əlavə olaraq Krım yarımadasında da yeni qumar zonasının tikintisi davam etdirilir.

Musavat.com

Chosen
50
musavat.com

1Sources