EN

Qusarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilib FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

27 aprel – 2 may tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Qusarda region məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilib.

Proqramda Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından 20 məşqçi iştirak edib.

Təlim proqramı çərçivəsində aşağıdakı mövzularda seminarlar təşkil olunub:

– yeni hakimlik qaydaları;

– kumi-kata mübarizələri;

– fərqli rəqiblərə qarşı taktikanın qurulması;

– osaekomi üzrə çevrilmələr və keçidlər;

– yeniyetmə cüdoçular üçün fiziki hazırlıq üzrə baza hərəkətlərin texniki icrası;

– taçi-vazadan ne-vazaya keçidlər;

– şime-vaza zamanı davamlılığın formalaşdırılması;

– cüdo dəyərləri və cüdoqi mədəniyyəti;

– yeniyetmə cüdoçulara psixoloji yanaşma;

– PR, media ilə əlaqələr və sosial media idarəçiliyi.

Proqramın sonunda keçirilən imtahanı uğurla başa vuran məşqçilərə müvafiq sertifikatlar təqdim olunub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
90
50
icma.az

10Sources