EN

Yunanıstan hökuməti dəmir yolu sistemini yeniləyir

Afina, 3 may, AZƏRTAC

“Travel and Tour World” nəşri yazır ki, Yunanıstan hökuməti ölkənin dəmir yolu infrastrukturunun modernləşdirilməsi üçün təxminən 308 milyon avro həcmində investisiya proqramını həyata keçirir.

AZƏRTAC xəbər verir ki, nəşrdə layihə çərçivəsində 2027-ci ilə qədər 23 yeni qatarın istifadəyə verilməsinin planlaşdırıldığı bildirilir. Bu qatarların 11-i şəhərətrafı marşrutlarda, 12-si isə şəhərlərarası xətlərdə fəaliyyət göstərəcək və Avropa standartlarına uyğun qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.

Qeyd olunur ki, Yunanıstan hökuməti paralel olaraq dəmir yolu şəbəkəsində genişmiqyaslı modernləşdirmə işləri aparır. Xüsusilə Afina–Saloniki əsas dəmir yolu xəttində təhlükəsizlik sistemlərinin tam tətbiqi prioritet istiqamət hesab olunur. Bu xətt turizm və logistika baxımından da strateji əhəmiyyət daşıyır.

Layihənin əsas məqsədlərindən biri sərnişinlərin təhlükəsizliyini artırmaq, xidmət keyfiyyətini yüksəltmək və ölkənin turizm sektorunu daha da gücləndirməkdir. Eyni zamanda, rəqəmsal platformalar vasitəsilə qatarların hərəkətinin real vaxt rejimində izlənməsi planlaşdırılır ki, bu da nəqliyyat sistemində şəffaflıq və operativliyi artıracaq.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Chosen
3
4
azertag.az

5Sources