İran ABŞ-yə döyüş əməliyyatlarının tam dayandırılması üçün 14 maddədən ibarət "yol xəritəsi" təqdim edib.
AzNews.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, sənəd Pakistan vasitəsilə Vaşinqtona çatdırılıb. İran tərəfi bunu ABŞ-dən daha əvvəl daxil olan 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlayıb.
Məlumata görə, İranın təqdim etdiyi sənəd təkcə tələbləri əks etdirmir, həm də mərhələli nizamlanma planını ehtiva edir. Lakin sənədin detalları hələ açıqlanmayıb.